1 aprel 2012 23:00
Arazsız Panioniosdan qələbə (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası doğma divarlar arasında “Levadiakos” ilə qarşılaşıb. Heç də uğurlu çıxışı ilə seçilməyən Afina klubu doğma meydan amilindən yararlanaraq, növbəti qələbəsini rəsmiləşdirib.
Son oyunda ehtiyatda qalan Araz bu dəfə də oynamayıb.
Qeyd edək ki, “Panionios” hazırda 27 oyundan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Levadiakos” isə 30 xalla 12-ci pillədə qərarlaşıb.
Yunanıstan Superliqası
27-ci tur
1 aprel
Panionios - Levadiakos - 2:0
Qollar: Kuqi, 59-pen, Kurdi, 90.
