1 aprel 2012 00:52
“Qarabağla oyun dönüş nöqtəsi ola bilər”
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qış fasiləsindən sonra ağdamlılar ciddi şəkildə artırıblar. Onlar nəinki heç bir oyunda uduzmayıblar, eyni zamanda da gözəl oyun sərgiləyirlər. Şübhəsiz ki, çox təhlükəli rəqibdi. Onlarla oyunumuz çox vacib əhəmiyyət daşıyır. Dönüş nöqtəsi ola bilər. Çünki rəqib bu oyunda qələbə qazansa, mübarizə daha da qızışacaq. Ötən il onları səfərdə məğlub edə bilmişdik. Bunu yenə təkrarlamağa çalışacağıq. Ən azından uduzmamalıyıq”.
