2 aprel 2012 01:49
Millimizin müdafiəçisi Almaniyada darmadağın gördü
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ufuk Budak Almaniyada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Freiburg”un ikinci komandasında çıxış edən futbolçumuz Regional Liqanın oyununda meydana çıxıb.
“Freiburg II” doğma meydanda “Sonnenhof Grobaspach”ı qəbul edib. Ufukun komandası meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.
Millimizin üzvü meydana start heyətində çıxıb. Ufuk matçı əvəzedilmədən keçirib.
