2 aprel 2012 14:25
Qəbələ serb legioneri ilə yollarını ayırdı
“Qəbələ” heyətində islahatlara erkən başlayıb. Azerisport.az xəbər verir ki, bölgə klubu artıq bir futbolçusu ilə yollarını ayırıb.
Belə ki, “Qəbələ” “Bakı” ilə oyundan öncə Veseliko Trivonoviçlə vidalaşıb. Ötən ilin yayından komandanın şərəfini qoruyan serb yarımmüdafiəçi artıq Azərbaycanı tərk edib.
Qeyd edək ki, Veseliko “Qəbələ”yə Belqradın OFK klubundan gəlmişdi. Əvvəllər o, Serbiyanın müxtəlif klublarında çıxış edib və yığma komanda da 6 oyun keçirərək 1 qola imza atıb. Mövsümün sonunda isə onun bir illik müqaviləsinin müddəti başa çatacaqdı. Qeyd edək ki, futbolçu qardaşının vəfatından sonra özünə gələ bilmədiyi üçün bölgə klubunda da özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu üzdən də tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.
