2 aprel 2012 14:53
Super Liqa klubu şokda
Türkiyə futbolunda növbəti həbs dalğası başlayıb. Azerisport.az xəbər verir ki, aylardı oyun alqı-satqısı ilə bağlı həbslərin şokundan ayıla bilməyən qardaş ölkə bu dəfə “Gaziantepspor” rəsmilərinin həbsinə şahidlik edib.
Belə ki, Qaziantep Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkərlığa Qarşı Mübarizə şöbəsi çox sayda klub rəsmisini həbs edib. Onlar hazırda Polis İdarəsində ifadə verir. Həbs olunanların sayının 50 nəfərə yaxın olduğu bildirilir.
Qeyd edək ki, təxminən iki ay əvvəl Maliyyə Şöbəsi “Gaziantepspor” və rəsmilərinə məxsus iş yerlərinə basqın etmiş və bəzi sənədləri müsadirə etmişdi.
