2 aprel 2012 16:43
AZAL-ın məşqçilər korpusu istefa verdi
Bu gün AZAL-da klub rəhbərliyi ilə məşqçilər korpusunun üzvlərinin görüşü keçirilib. Azerisport.az xəbər verir ki, qısa sürən görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar.
Belə ki, onlar rəsmi ərizə ilə müraciət edərək tutduqları vəzifədən istefa verdiklərini bildiriblər. Klub rəhbərliyi məşqçilər korpusunun istefasını qəbul edib.
