2 aprel 2012 17:37
Turun bütün oyunları eyni gündə və saatda
Futbol üzrə Azərbaycan birinci divizionunun 24-cü turunun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları 4 aprel tarixində keçiriləcək.
Belə ki, turun bütün görüşləri eyni gündə və saatda başlayacaq. Qarşılaşmaların keçirilmə yerləri ilə aşağıda tanış ola bilərsiz.
Birinci divizion
24-cü tur
4 aprel (çərşənbə)
"Neftçala" - "Şahdağ"
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
"Energetik" - "Muğan"
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
"Bakılı" - "Lokomotiv"
"Şəfa" stadionu, 4-cü meydança
MKT "Araz" - "Şuşa"
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Şəmkir" - "Göyəzən"
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
"Qaradağ Lökbatan" - "Tərəqqi"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Bütün oyunlar saat 16:00-da başlanır.
