2 aprel 2012 17:43
Mirzəyev: İstefam barədə heç nə bilmirəm
AZAL-ın sabiq baş məşqçisi Rafiq Mirzəyev istefasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən bu haqda heç nə bilmirəm. İndi klubun bazasına gedirəm ki, rəhbərliklə görüşüm. Bir neçə saat sonra məşqimiz var. Həmin məşqdə iştirak etmək istəyirəm. Bu informasiyanı şərh edə bilmərəm”.
“Mən bu haqda heç nə bilmirəm. İndi klubun bazasına gedirəm ki, rəhbərliklə görüşüm. Bir neçə saat sonra məşqimiz var. Həmin məşqdə iştirak etmək istəyirəm. Bu informasiyanı şərh edə bilmərəm”.
Maraq üçün bildirək ki, bu gün AZAL-ın yaydığı rəsmi məlumatda bildirilir ki, klub rəhbərliyi ilə məşqçilər korpusunun üzvlərinin görüşü keçirilib. Qısa sürən görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar. Klub rəhbərliyi də məşqçilər korpusunun istefasını qəbul edib.
