2 aprel 2012 18:14
Xaqani Məmmədov: Lənkəranda və Quzanlıda hakim səhvi olmayıb
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Premyer Liqanın 26-cı turunun mərkəzi oyunlarındakı hakimliklə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim fikrimcə, bazar günü baş tutan oyunların heç birində hakim səhvi baş verməyib. “Qarabağ” – “Neftçi” oyunundan qonaqların hücumçusu Bahodir Nasimov Admir Telini itələyərək ona qarşı qaydanı pozduqdan sonra qol vurub. Buna görə də haqlı olaraq həmin qol hesaba alınmayıb.

“Xəzər Lənkəran” – “İnter” oyununa gəlincə, Elçin Məmmədov həmin 3 futbolçunu qovmaqla düz addım atıb. Qonaqların oyunçusu Əziz Quliyev qaydanı pozduğuna görə meydandan qovulub. Penalti də haqlı olaraq təyin olub. Daha sonra Məmmədov Stefan Batesi meydandan qovub.Sonda da Valeri Abramidze laynsmanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Eşitmişəm ki, “İnter” AFFA-ya müraciət edib ki, bu qırmızı vərəqələr ləğv olunsun. Bu, yalnız o halda mümkün olardı ki, həm Quliyev, həm də Abramidze qaydanı pozmazdı. Amma bir halda ki, onlar günahkardılar, hakim onarı qovmaqla düzgün edib”.