2 aprel 2012 19:01

Premyer Liqamızda 11-ci baş məşqçi istefası

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşdı. Azerisport.az xəbər verir ki, AZAL-ın çalışdırıcısı Rafiq Mirzəyevin postunu tərk etməsi 2011-2012 mövsümündə 11-ci baş məşqçi istefası kimi yadda qaldı.
 
Qeyd edək ki, AZAL-da bu mövsüm artıq ikinci dəfə baş məşqçi postundan ayrılıb. Belə ki, bundan əvvəl Elxan Abdullayev də istefa vermiş və yerini Rafiq Mirzəyev tutmuşdu.
 
AZAL-dan başqa bu mövsüm “Rəvan”, “Kəpəz” və “Xəzər Lənkəran”da da iki dəfə baş məşqçi istefası olub. “Rəvan”da Bəhmən Həsənovun istefasından sonra bu postu Vladislav Qədirov tutub və onun istefasından sonra Həsənov yenidən iş başına keçib. “Kəpəz” mövsümə Mehman Allahvediyevlə başlayıb və onu Mirbağır İsayevlə əvəzləyib. İsayevin gedişindən sonra isə bu postu Fuad İsmayılov tutub. “Xəzər Lənkəran”da isə Mirça Redniki Cüneyt Biçər, onu isə Yunis Hüseynov əvəzləyib.
 
AZAL, “Rəvan”, “Kəpəz” və “Xəzər Lənkəran”dan başqa bu mövsüm “Qəbələ”, “Simurq” və “Bakı”da da baş məşqçi istefası reallaşıb. “Neftçi”, “Qarabağ”, “İnter”, “Turan” və “Sumqayıt” hələ ki, baş məşqçi dəyişikliyinə getməyib.
 
Klub
Gedən məşqçi
Gələn məşqçi
1
Rəvan
Bəhmən Həsənov
Vladislav Qədirov
2
AZAL
Elxan Abdullayev
Rafiq Mirzəyev
3
Kəpəz
Mehman Allahverdiyev
Mirbağır İsayev
4
Qəbələ
Toni Adams
Fatih Kavlak
5
Xəzər L.
Mirça Rednik
Cüneyt Biçər
6
Kəpəz
Mirbağır İsayev
Fuad İsmayılov
7
Rəvan
Vladislav Qədirov
Bəhmən Həsənov
8
Simurq
Sergey Yuran
Georgi Çixradze
9
Bakı
Aleksandr Starkov
Novruz Əzimov (müvəqqəti)
10
Xəzər L.
Cüneyt Biçər
Yunis Hüseynov
11
AZAL
Rafiq Mirzəyev
——–

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.