2 aprel 2012 18:42
“Qarşıdakı oyunlarda da yaxşı oynamağa çalışacağıq”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 26-cı turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:0 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
"Eyni səviyyəli komandaların oyununu izlədik. Komandamı qələbə münasibəti ilə tərbik edirəm, gözəl oyuna görə təşəkkür edirəm. 90 dəqiqə ərzində göstərdikləri dəstəyə görə azarkeşlərimizə minnətdaram. Qarşıdakı oyunlarda da yaxşı oynamağa çalışacağıq".
