2 aprel 2012 18:46
Bəhmən Həsənov penaltini şübhə altına aldı
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 26-cı turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
"Kəpəz" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Komandalar bu gün bərabər səviyyəli oyun göstərdilər, sonadək mübarizə apardılar. Hesab edirəm ki, ilk yarının sonlarında təyin olunan penalti şübhəli idi. Mən belə hesab edirəm. Amma hər halda səhv buraxmışdıq".
