2 aprel 2012 11:18

“Bu mövsüm mütləq avrokuboklara vəsiqə qazanmalıyıq”

“Bakı”nın hücumçusu Uinston Parks Premyer Liqanın 26-cı turunun “Qəbələ” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” üzərində əzmkar qələbə qazandınız. Təəssüratlarınız necədi?
- Belə oyunlar adətən çox çətin olur. Hesabda geri düşəndən sonra fərqlənmək üçün maksimum güc sərt etmək lazım gəlir. Bizdə bu, alındı. Birinci hissəni bizim üçün heç də uğurlu saymaq olmaz. Fasilədən sonra isə oyunumuz yaxşılaşdı və uğur qazana bildik. Düşünürəm ki, qələbəyə layiq idik.

- Amma oyuna üç dəqiqə əlavə olunmasaydı, çətin ki, “Bakı” qələbə qazana bilərdi...
- Biz istənilən halda qələbəyə oynayırdıq. Amma təbii ki, əlavə olunan üçüncü dəqiqədə qol vurmağımızda bəxtimiz də gətirdi. Düzünü deyim ki, son dəqiqələrdə artıq heç-heçə olacağını düşünürdüm. Özü də zədə aldığım üçün son dəqiqələri ehtiyat oyunçular skamyasında keçirdim.
 
- Yeri gəlmişkən, zədəniz nə dərəcədə ağırdı?
- Ümid edirəm ki, çox ciddi deyil. Ayağımda bir qədər ağrılar var. Amma növbəti oyuna kimi sıraya dönməyə çalışacağam.

- Vurduğunuz qol mövsümün ən yaxşı qollarından sayıla bilər...
- Xoş sözlərə görə sağ olun. Həqiqətən vurduğum qol gözəl alındı. Həmin anda bu barədə düşünmürdüm. Əsas məğlubiyyətdən qaçmaq idi. Oyundan sonra təkrara mütləq baxacağam.
 
- Karyeranızda neçə dəfə belə qol vurmusuz?
- Hesablamamışam. Ona görə sizə konkret rəqəmlər söyləyə bilmərəm. Amma deyə bilərəm ki, bu, ən yaxşı qollarımdan biri idi.

- Qələbəyə baxmayaraq, “Qəbələ”ni turnir cədvəlində qabaqlaya bilmədiniz...
- Deməli, daha çox çalışmağımıza ehtiyac var. Biz başa düşürük ki, liderlər qrupundan çox geri qalırıq. Amma qarşıda digər oyunlarımız da var və hər şey mümkündü. Bu mövsüm biz mütləq avrokuboklara vəsiqə qazanmalıyıq.
 
- Bunu Azərbaycan kubokunda həyata keçirmək daha asan görünür...
- Hər halda heç kim bizə zəmanət verə bilməz ki, biz bunu həmin turnirdə bacaracağıq. Odu ki, həm Premyer Liqada, həm də kubokdakı şanslarımızdan sona kimi yararlanmağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.