2 aprel 2012 00:05

Premyer Liqamızın iddialıları üçün uğursuz tur

Ötən gün Premyer Liqada 26-cı turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, turun 5 oyunu məhz ilk oyun günündə baş tutdu.
 
Günün ilk oyununda autsayderlər - “Sumqayıt”la “Turan” qarşılaşdı. Tovuz təmsilçisi son dövrlər inamlı oyunu ilə diqqət çəkirdi. Ardıcıl uğurlu nəticələr bu komandanın hətta son pillədən çıxmasına da şərait yaratmışdı. Sumqayıt təmsilçisi isə əksinə qış fasiləsindən sonra bir qayda olaraq məğlubiyyətləri sıralayırdı. Əsas rəqibi ilə öz aralarındakı oyunda meydan sahibləri bu uğursuz gedişə son qoymaqla həm də aradakı xal fərqini aradan qaldırmaq imkanına malik idilər. Lakin bu matç 1:1 hesabı ilə başa çatsı. Hesabı meydan sahiblərindən Kamil Nurəhmədov açsa da, ilk yarıya əlavə olunan dəqiqələrdə Georgi Beriaşvili “Turan”ın bərabərlik qoluna imza atdı. Beləcə, “Sumqayıt” son pillədən çıxmaq şanslarını daha da çətinə saldı.
 
İkinci altılıq çərçivəsindəki digər oyunda “Simurq” doğma meydanda AZAL-ı qəbul etdi. Bu görüşdə də ilk qol meydan sahiblərindən gəldi. Lakin buraxılan qoldan cəmi 3 dəqiqə sonra qonaqlar tarazlığı bərpa etdilər. Fasilədən sonra isə Nuqzar Kvirtiya AZAL-ın qələbə qoluna imza atdı. Beləcə, autsayderlər arasında favorit olan paytaxt klubu ilk pillədəki mövqeyini daha da möhkəmləndirmiş oldu. Zaqatala klubu isə “Kəpəz”i qabaqlamaq fürsətini əldən verdi.
 
Kubokda mübarizəni dayandıran “Qəbələ”nin Premyer Liqadakı uğurlu çıxışı da başa çatdı. İddialı komandaları məğlub edən Fatih Kavlakın komandası səfərdə “Bakı”ya yenildi. Baxmayaraq ki, hesabı 16-cı dəqiqədə Yannik Kamanan açmışdı. Amma məğlubiyyətlə barışmayan “Bakı” fasilədən az sonra Uinston Parksla bərabərliyi təmin etdi. Matça əlavə olunan 3-cü dəqiqənin də bitməsinə rəğmən davam edən görüşün final fiti ərəfəsində Aleksandar Soliç “Bakı”nın qələbə qoluna imza atdı. Beləcə, “Qəbələ” uzun müddətdən sonra məğlubiyyətlə üzləşdi. “Zolaqlılar” isə bu qələbə sayəsində özündən öndə olan bu rəqibilə xal fərqini azaltmağa nail oldu.
 
Lider “Neftçi” Quzanlıda “Qarabağ”ın qonağı idi. Bütün çempionatların iştirakçısı olan və oyunları Azərbaycan derbisi adlandırılan komandaların oyununda qol vurulmadı. Düzdü, bakılılar bir epizodda mübahisəli qol vursalar da, qayda pozuntusu səbəbindən hesaba alınmadı. Bununla da komandalar 1-2-ci pillərdəki mövqelərini qorudular. Halbuki, Ağdam klubu qələbə qazanacağı halda, zirvə mübarizəsini daha da qızışdırmaq şansına malik idi. Hər halda heç-heçə Qurban Qurbanovun komandasından daha çox, qonaqların işinə yaradı.
 
Günün son oyunu isə Lənkəranda keçirildi. Burda “Xəzər Lənkəran” kubokda, eləcə də təsnifat mərhələsində uduzduğu “İnter”i qəbul edirdi. Son 4 gündə 2-ci, 18 gündə isə 3-cü dəfə qarşılaşan rəqiblərin bu dəfəki duelini “Xəzər Lənkəran” qazandı. İlk yarının sonlarında qonaqların heyətində Əziz Quliyev qırmızı vərəqə aldı və təyin olunan penaltini Katalin Doman dəqiq yerinə yetirdi. Matçın sonlarında “Xəzər Lənkəran”dan Stevan Bates, “İnter”dən isə Valeri Abramidze də meydandan qovuldu. Belədə Eder Bonfim son saniyələrdə “Xəzər Lənkəran”ın ikinci qoluna imza atmaq şansını qaçırmadı. Bununla da Yunis Hüseynov “Xəzər Lənkəran”ın baş məşqçisi kimi ilk qələbəsini qazandı. Bundan əvvəl onun rəhbərliyi altında keçirilən üç oyundan ikisi heç-heçə, biri isə məğlubiyyətlə yekunlaşmışdı. Amma Premyer Liqamızdakı yubiley – 200-cü oyunu gənc mütəxəssis üçün uğurlu başa çatdı. Nəticədə, “ağ-yaşıllar” bu rəqibi ilə xallarını bərabərləşdirdi. “İnter” isə artıq üçüncü çempionat oyunudu ki, məğlubiyyətdən yaxa qurtara bilmir.
 
Qeyd edək ki, turun son oyunu bu gün keçiriləcək. Gəncədə baş tutacaq oyunda “Kəpəz” “Rəvan”ı qəbul edəcək.
 
Premyer Liqa
26-cı tur
 
SUMQAYIT – TURAN - 1:1 (1:1)
Qollar: Kamil Nurəhmədov, 28 (1:0), Georgi Beriaşvili, 45+2 (2:2).
Vərəqələr: Orxan Əliyev, 46 (qeyri-idman hərəkəti), Uğur Pamuk, 80 (qeyri-idman hərəkəti) - Ayxan Abbasov, 46 (qeyri-idman hərəkəti), Cavid Tağıyev, 70 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
1 aprel 2012. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı.
Sumqayıt: 55. Andrey Popoviç, 4. Samir Abbasov (k), 22. Ruslan Tağızadə, 3. Tərlan Quliyev, 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 8. Emin Mustafayev (7. Mahmud Qurbanov, 66), 19. Orxan Əliyev, 27. Ramil Haşımzadə, 11. Kamil Nurəhmədov (91. Ruslan Qurbanov, 77), 90. Yasin Abbasov (76. Uğur Pamuk, 56).
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 9. Orxan Həsənov, 77. Bəxtiyar Həsənalızadə, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernard Raab.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 9. Xəyal Qarayev, 11. Georgi Beriaşvili, 18. Hafiz Əliyev, 21. Rəşad Orucov, 24. Dan Pisla, 7. Fərmayıl Əliyev (23. Rəşid Həsənov, 61), 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 8. Asəf Qədiri, 10. Nadir Nəbiyev, 22. Cavad Mirzəyev, 29. Seidu Salifu.
Baş məşqçi: Əsgər Abdullayev.
 
SİMURQ - AZAL - 1:2 (1:1)
Qollar: İqor Tarasov, 24 (1:0), Orxan Səfiyaroğlu, 27 (1:1), Nuqzar Kvirtiya, 61 (1:2).
Vərəqələr: İlkin Qırtımov, 27 (perspektivli hücumun qarşısını kəsdiyinə görə), Emin Cəfərquliyev, 82 (fitdən sonra topa zərbə) - Nuqzar Kvirtiya, 72 (qeyri-idman hərəkəti), Tales Şütz, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
1 aprel 2012. Zaqatala şəhər stadionu. 300   tamaşaçı.
Simurq: 32. Dmitri Kramarenko (k), 2. İlkin Qırtımov, 28. Rüstəm Abbasov (3. Rasim Ramaldanov, 46), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 29. İqor Tarasov, 8. Qərib İbrahimov (4. Vasili Yanotovski, 58), 21. Emin Cəfərquliyev, 7. Ruslan Poladov, 77. Daniel Genov (9. Əli Bağırov, 80), 19. Anatoli Doroş.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 3. Rasim Ramaldanov, 10. Tofiq Mikayılov, 23. Ruhid Usubov.
Baş məşqçi: Georgi Çixradze.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov (6. Mindauqas Daunoraviçyus, 46), 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu, 16. Branislav Arsenijeviç, 19. Hüseyn Axundov (15. Georgi Boqyu, 46), 23. Tales Şütz, 25. Tural Nərimanov.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 5. Aqil Nəbiyev, 11. Zohair Benouahi, 17. Viktor İbekoyi, 18. Elmin Çobanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
 
BAKI - QƏBƏLƏ - 2:1 (0:1)
Qollar: Y.Kamanan, 16 (0:1), Uinston Parks, 57 (1:1), Aleksandr Şoliç, 90+4 (2:1).
Vərəqələr: Maris Verpakovski, 67 (kobud oyun), Novruz Məmmədov, 68 (rəqibi tutduğuna görə) - Mahir Şükürov, 22 (kobud oyun), Nodar Məmmədov, 77 (kobud oyun) – sarı.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor:Qurban Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
1 aprel 2012. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 350 tamaşaçı.
Bakı: 1. Marko Şarliya (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov (77. Aleksandar Soliç, 55), 21. Novruz Məmmədov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovski, 36. Uinston Parks (10. Lukas Mario Horvat, 85), 99. Rəhman Hacıyev (19. Nurlan Novruzov, 79).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 20. Elşad Manafov, 22. Tural Qürbətov.
Məşqçi: Novruz Əzimov.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton (15. Nodar Məmmədov, 72), 11. Yannik Kamanan (22. Murad Hüseynov, 84), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular:  30. Qrem Smit, 7. Yaşar Abuzərov, 17. Arif İsayev, 25. Nuran Qurbanov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
 
QARABAĞ - NEFTÇİ - 0:0 (0:0)
Vərəqələr: Admir Teli, 53 (qeyri-idman hərəkəti), Georgi Adamiya, 58 (hakimə etiraz) - Cavid Hüseynov, 71 (rəqibi əllə tutduğuna görə) – sarı.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Fuad Həsənov.1 aprel 2012. Saat
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 3500 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 86), 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (77. Georgi Adamiya, 46), 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (9. Bəxtiyar Soltanov, 80).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 20. Nderim Nedzipi, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo (22. Fərid Quliyev, 90+2), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (11. Cavid Hüseynov, 69), 27. Rəşad Abdullayev (28. Emin Mehdiyev, 87).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
XƏZƏR LƏNKƏRAN - İNTER - 2:0 (1:0)
Qollar: K.Doman, 42-pen (1:0), Eder Bonfim, 90+2 (2:0).
Vərəqələr: Katalin Doman, 12 (qeyri-idman hərəkəti), Stevan Bates, 24 (qeyri-idman hərəkəti), 74 (bilərəkdən əllə oyun), Kamal Bayramov, 42 (hakimin qərarına etiraz), Roberto Alviz, 44 (qeyri-idman hərəkəti), Rendal Brenes, 46 (simulyasiya), Elnur Allahverdiyev, 56 (qeyri-idman hərəkəti) - Əziz Quliyev, 11 (qeyri-idman hərəkəti); 41 (qeyri-idman hərəkəti); Valeri Abramidze, 28 (hakimin qərarına etiraz) – sarı. Stevan Bates, 74 (bilərəkdən əllə oyun) - Əziz Quliyev, 41 (qeyri-idman hərəkəti), Valeri Abramidze, 85 (hakimi təhqir etdiyinə görə) – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
1 aprel 2012. Lənkəran şəhər mərkəzistadionu. 10000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Katalin Doman (22. Antonio Semedo, 66), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, 90+3), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes (11. Andrey Mureşan, 75),  33. Stevan Bates.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 15. Sadio Tounkara, 17. Zahid Quliyev, 18. Alim Qurbanov.
Baş məşqçi: Yunis Hüseynov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 46), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (14. Peter Zlatinov, 66), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (20. Girt Karlson, 59), 29. Əziz Quliyev.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 10. Asif Mirili, 16. Elnur Abdulov, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
 
1
Neftçi
26
17
3
6
49 - 23
26
54
2
Qarabağ
26
14
7
5
31 - 16
15
49
3
İnter
26
14
6
6
24 - 16
8
48
4
Xəzər L
26
14
6
6
36 - 22
14
48
5
Qəbələ
26
12
6
8
35 - 28
7
42
6
Bakı
26
12
5
9
31 - 26
5
41
 
1
AZAL
26
10
5
11
39 - 41
-2
35
2
Rəvan
25
8
7
10
27 - 31
-4
31
3
Kəpəz
25
7
5
13
31 - 42
-11
26
4
Simurq
26
6
6
14
23 - 39
-16
24
5
Turan
26
5
4
17
20 - 36
-16
19
6
Sumqayıt
26
4
4
18
19- 45
-26
16
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benouahi (AZAL), Yuri Fomenko (Kəpəz)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.