2 aprel 2012 00:23
Bundesliqa klubu baş məşqçisini qovdu
Futbol üzrə Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Bayer” rəhbərliyi baş məşçisi Robin Dutun fəaliyyətinə son qoymağa qərar verib.
UEFA Çempionlar Liqasında “Barcelona”ya 1:7 hesablı darmadağının və turnirdən uzaqlaşmasının ardından Leverkuzen təmsilçisi Bundesliqadakı dörd oyunda da ardıcıl məğlubiyyətlərlə üzləşmişdi. Bu üzdən də rəhbərlik baş məşqçiylə yolları ayırmaqdan başqa çıxış yolu tapa bilməyib.
Artıq “Bayer”ə kimin rəhbərlik edəcəyi də məlumdu. Belə ki, mövsümün sonuna kimi leverkuzenliləri Sami Hyuyupia ilə 19 yaşlılardan ibarət komandanın çalışdırıcısı Saşa Levandovski çalışdıracaq.
