3 aprel 2012 15:24

Fərid Quliyevə üç oyunluq cəza!

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 26-cı turunun, eləcə də birinci divizionun təxirə salınan 16-cı və 23-cü turunun oyunlarında qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 26-cı turunun “İnter” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Elvin Camalov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 16-cı turunun təxirə salınmış “Lokomotiv” – “Muğan” matçının 90+3-cü dəqiqəsində “Muğan”ın futbolçusu Vasif Nəsirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

Azərbaycan I divizionunun 16-cı turunun təxirə salınmış “Karvan” – “Şəmkir” matçında “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ramil Sadıqov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 16-cı turunun təxirə salınmış “MKT-Araz” – “Qaradağ Lökbatan” matçında “MKT-Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 16-cı turunun təxirə salınmış “Şahdağ” – “Tərəqqi” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Tərəqqi”nin futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 16-cı turunun təxirə salınmış “Şuşa” – “Göyəzən” matçının 87-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Səməd Mahmudovla “Şuşa”nın futbolçusu Fərid Quliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 23-cü turunun “Göyəzən” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
Azərbaycan I divizionunun 23-cü turunun “Lokomotiv” – “Energetik” matçında “Energetik”in 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 35-ci dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Həmidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Matçın 70-ci dəqiqəsində “Energetik”in futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.