3 aprel 2012 15:43
Simurqa Rəvanla oyun öncəsi 1 günlük istirahət
Dünən bir saatlıq məşqə çıxan “Simurq” yüngül bərpaedici hazırlıq keçib. Azerisport.az xəbər verir ki, 26-cı turda zədələnərək meydanı tərk edən Qərib İbrahimov və Andrey Rubindən başqa bütün futbolçular məşqdə iştirak edib.
Bundan sonra “Simurq”un baş məşqçisi Georgi Çıxradze futbolçulara bir günlük istirahət verib. Qeyd edək ki, komanda artıq sabahdan məşqlərə bərpa edəcək və “Rəvan”la oyuna hazırlıqları davam etdirəcək.
