3 aprel 2012 16:02
Qarabağda lipa futbolçu tapıldı
AFFA-nın keçirdiyi çempionatlarda “lipa” futbolçular tapılıb. Azerisport.az xəbər verir ki, U-14 və U-15 liqalarında saxta sənədlərlə futbolçuların oynadığı məlum olub.
U-14 Liqasında çıxış edən “Azəri” klubunun futbolçusu Pərvin Quliyevin sənədlərinin saxta olması AFFA tərəfindən aparılmış araşdırma nəticəsində aşkar edilib. Bu səbəbdən də adıçəkilən futbolçunun iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 liqasında isə “Qarabağ”ın futbolçusu Habil Məmmədlinin sənədlərinin saxta olması aşkarlanıb. Bu səbəbdən futbolçunun iştirak etdiyi bütün görüşlərdə “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
