3 aprel 2012 16:21
Azərbaycanlı məşqçi yetirmələrini döydü
AFFA-nın keçirdiyi çempionatda rəzalət deyilə biləcək hadisə baş verib. Azerisport.az xəbər verir ki, məşqçi rəqib komandanın futbolçularını döyüb.
Belə ki, U-14 liqasının “Şirvan” – “Saatlı” oyunundan sonra “Şirvan”ın məşqçisi Niyazi Məlikov rəqib futbolçuları vurub. AFFA İntizam Komitəsi məşqçini 8 oyunluq cəzalandırıb.
U-15 liqasının “Sumqayıt” – “Neftçi” İSM matçının 58-ci dəqiqəsində isə “Sumqayıt”ın futbolçusu İlyas Rəhimov hakimə fiziki təsir göstərməyə cəhd edib və birbaşa qırmızı vərəqə alıb. Futbolçu 5 oyunluq cəzalandırılıb.
