3 aprel 2012 16:40

Mais Mənsimov: XL mövsümü titulla bitirə bilər

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov klubun rəsmi saytına müsahibəsində Premyer Liqanın son turunda qazanılan qələbəyə münasibətini bildirib, həmçinin komandanın hazırkı durumuna toxunaraq şanslarını dəyərləndirib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Komanda bir müddətlik qələbəsiz seriyadan sonra nəhayət son turda üç xal əldə etdi. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Son oyunda komanda baxımlı və üstün oyun nümayiş etdirdi və əlbəttə ki bu sevindirici haldır. Ardıcıl bir neçə oyunda qalibiyyətin olmamasına baxmayaraq, rəhbərlik olaraq komandaya tam etimad göstərdik. Lənkəranda keçirilən kubok oyunundan sonra futbolçu və məşqçilərlə görüş keçirdik və bir daha öz dəstəyimizi onlara bildirdik. Çox şadam ki, bundan sonra keçirilən oyunda layiqli qələbə qazanıldı. Qarşıdakı görüşlərdə də uğurlu çıxışımızı davam etdirəcəyimizə inanıram.
 
- Yeni baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
- Yunis Hüseynov ümumilikdə bacarıqlı və karyerası ərzində kifayət qədər uğur qazanmış mütəxəssisdir. Onu bu posta təyin etməyimiz də bu məşqçinin işinə verdiyimiz qiymətdən irəli gəlir. O qısa müddətdir ki, komandamızın sükanı arxasına keçib və sözsüz ki, zamana ehtiyacı var. Klub rəhbərliyi olaraq Hüseynova tam dəstək olduğumuzu bildirirəm. Komandaya inam ilk növbədə baş məşqçiyə olan inamdır.
 
- Komandanın son vacib oyunlar öncəsi məşqlərini bilavasitə izləmisiniz. Bu barədə fikirləriniz çox maraqlıdı...
- Yaxşı oyunun sərgilənməsi üçün ən əsas təminatçı komanda daxilində yüksək ab-havanın olmasıdır. Komandanın məşqini izləyərkən ilk növbədə bunun şahidi oldum. Bu gün “Xəzər Lənkəran”ın heyətində kifayət qədər təcrübəli və onlarla yanaşı xeyli sayda gənc futbolçu var. Məşq prosesində hər bir oyunçu əzmlə hazırlaşır və bu çox müsbət haldır. Bu işdə komandamızın məşqçilər korpusunun tələbkarlığı da vacib rol oynayır.
 
- Artıq futbol mövsümü sona yaxınlaşır və komandanın hazırkı şansları barədə fikirlərinizi bilmək istərdik.
- Kubokda çıxışımızı dayandırsaqda, çempionatda tam gücümüzlə mübarizəni davam etdiririk. Final mərhələsində bütün oyunlar vacibdir və hər bir matç ciddi hazırlıq tələb edir. “Xəzər Lənkəran”ın güclü heyəti var, və bu heyət mövsümü uğurlu nəticə ilə başa çatdırmağa tam imkan verir. Əminəm ki, futbolçularımız stabil olaraq ən yaxşı oyunlarını nümayiş etdirsələr, mövsümü titulla bitirərik. Sözsüz ki, bunun ardından əsas məqsədimiz Avropa yarışlarında uğurlu çıxışdır. Rəhbərliyin dəstəyi, komandanın ciddi hazırlığı və azarkeşlərin inamı sayəsində bu məqsədlərə çatacağımıza inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.