3 aprel 2012 18:19
Kəpəzin lideri sıradan çıxdı
Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən "Kəpəz" - "Rəvan" oyununda Gəncə təmsilçisinin futbolçusu Ceyhun Sultanov zədələnib. Azerisport.az xəbər verir ki, ikinci yarıda rəqib futbolçu ilə mübarizədə yerdə qalan yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və xərəklə meydanı tərk edib.
Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı ətraflı müayinədən sonra bilinəcək. Lakin ilkin ehtimallara görə o, ən azı iki oyunu buraxmalı olacaq.
