3 aprel 2012 18:56

Georgi Nikolov: İntizam Komitəsinin qərarlarıyla razı deyiləm

“İnter”in prezidenti Georgi Nikolov AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
“Mən oyunun mübahisəli epizodlarıyla tanış olmuşam və demək istəyirəm ki, bu anların böyük əksəriyyətinə iddiamız var. Bizdə hakimlər briqadasının işi ilə bağlı ciddi suallarımız yaranıb və mən İntizam Komitəsinin qərarlarıyla razı deyiləm. Axı qeyd olunur ki, hakimliklə bağlı ölçü götürülməlidi. Ancaq eyni zamanda hakimin qərarları qüvvədə saxlanılır. Düşünürəm ki, İntizam Komitəsi kimin haqlı, kimin haqsız olması planında konkret qərar qəbul etməlidi.
 
Səmimi deyim ki, belə qərardan çox məyus olmuşam. İnanırdım ki, gec-tez klubun xeyrinə qərar qəbul olunacaq. Təəssüf, bu, baş vermədi. Mən Hakimlər və İntizam Komitəsinin hakimlərini müdafiə etmək arzularını anlayıram. Lakin yadda saxlamaq lazımdı ki, futbol federasiyası daha çox klublar üçün mövcuddu. Axı əgər bu klublar olmasa, federasiyanın özü də, futbol da olmayacaq. Əlavə edim ki, mən təkcə “İnter”ə olan ədalətsizliyi nəzərdə tutmuram, belə ədalətsizliklə hər turda bir çox komanda qarşılaşır. Məsələn, elə həmin “Xəzər Lənkəran”ı göstərmək olar.
 
Əlavə edim ki, hazırda hakimlik barədə “Neftçi” də və digər komandalar da şikayət edir. Bir sözlə, bu məsələdə bizim obyektivliyə ehtiyacımız var. Mən gənc hakimin təcrübəsizlikdən səhvə yol verməsini anlayıram, ancaq daxili və xarici oyunlarda böyük təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.