3 aprel 2012 19:41
Neftçi avrokubok oyunlarını harda keçirəcək?
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komanda avrokuboklara vəsiqə qazanacağı halda ev oyunlarını harda keçirəcəklərinə dair suallara aydınlıq gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avrokubokların startını səbirsizliklə gözləyirik. İnanırıq ki, komandamız yeni avromövsümə də Çempionlar Liqasının təsnifat mərhələsindən başlayacaq. Məlum olduğu kimi, ÇL-də ikinci təsnifat mərhələsinin oyunlarına iyulun 17-18-də start veriləcək. Çox ümid edirik ki, həmin vaxta kimi Tofiq Bəhramov adına Respublika stadionu təhvil veriləcək və UEFA ev oyunlarımızı orda keçirməyə icazə verəcək. Fikrimcə, bu baxımdan ciddi problem olmamalıdı. Hər halda mərkəzi arena UEFA üçün də yaxşı tanışdı və komissiya baxdıqdan sonra, müsbət qərarını gecikdirməyəcək. Mərkəzi arena alınmayacağı halda isə, biz “Dalğa Arena”nı da ehtiyat stadion kimi təqdim edəcəyik və bu baxımdan problem olmayacaq”.
