3 aprel 2012 19:36
“Mərkəzi arenanın avrokuboklardan kənar qalması istisna deyil”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov mərkəzi arenanın avrokubokların startına kimi hazır olmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Öncədən nəzərdə tutulan plana görə arenada yenidənqurma işləri iyunun sonlarında başa çatmalıdı. Lakin sonra UEFA-nın müvafiq komissiyasının gəlişini gözləmək lazım gələcək ki, avrokubok oyunlarını burda keçirməyə icazə versinlər. Azərbaycan klubları avrokubok oyunlarını adətən iyulun ortalarında keçirməyə başlayırlar. Biz həmin vaxta kimi işləri tamamlamaya da bilərik. Ona görə də mərkəzi arenanın avrokuboklardan kənar qalması istisna deyil”.