4 aprel 2012 00:02

Azərbaycan klubları avrokubok seçimlərini etdi

Azərbaycanda futbol mövsümünün başa çatmasına ay yarımdan çox vaxt qalsa da, klublar artıq avrokuboklarda ev oyunlarını keçirəcəkləri stadionla bağlı seçimlərini ediblər. Azerisport.az xəbər verir ki, Premyer Liqanın ilk altılığında çıxış edən komandalardan beşi artıq “Dalğa Arena”nı özü üçün “doğmalaşdırıb”.
 
Bunlar “Neftçi”, “Qarabağ”, “İnter”, “Qəbələ” və “Bakı”dı. Adıçəkilən klublarımızdan hansılar avrokuboklara vəsiqə qazansalar, rəqiblərini məhz Mərdəkandakı arenada keçirəcəklər.
 
Bu barədə saytımıza müsahibəsində AFFA-nın İnfrastruktur və İnformasiya Texnologiyaları direktoru Elnur Məmmədov məlumat verib: “Klublarımız avrokubok oyunlarını adətən Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdilər. Amma hazırda sözügedən arenada təmir və yenidənqurma işləri aparılır. Bundan əlavə 8-ci km qəsəbəsində yeni arena inşa olunur. Bu işlər tamamlandıqdan sorna UEFA-ya müraciət edəcəyik ki, həmin arenalarda beynəlxalq oyunların keçirilməsinə icazə verilməsi üçün Bakıya xüsusi komissiya göndərilsin. Həmin komissiya baxdıqdan sonra müvafiq qərarı verəcək. Lakin avrokuboklara qədər bu işlərin tamamlanmaması da mümkündü. Bu üzdən də Premyer Liqanın beş klubu artıq ev oyunlarını “Dalğa Arena”da keçirmək istəyi ilə bağlı bizə müraciət edib. Yalnız “Xəzər Lənkəran” avrokuboklardakı ev oyunlarını da doğma meydanda keçirmək hüququna malikdi”.
 
AFFA rəsmisi avrokubok oyunlarının “Dalğa Arena”da yüksək səviyyədə keçiriləcəyini deyir: “Avrokubok oyunları “Dalğa Arena”da ən yüksək səviyyədə keçiriləcək. Buna şübhə etməyə dəyməz. Ən azından ona görə ki, artıq burda AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan – Avstriya oyunu keçirilib. Həmçinin gənclərdən ibarət yığmalar arasında Azərbaycan – İslandiya görüşünə də məhz bu arena ev sahibliyi etdi. “Dalğa Arena” FİFA-nın bütün tələblərinə cavab verir və Azərbaycan klubları avrokubok oyunlarını heç bir problem olmadan burda keçirə bilərlər”.

Lakin sonda bir məqamı qeyd edək ki, “Dalğa Arena” beynəlxalq tələblərə nə qədər cavab versə də, azarkeş tutumu baxımından vəziyyət heç də ürəkaçan deyil. Məsələ burasındadı ki, klublarımızın mərkəzi arenada baş tutan ev oyunlarını adətən ən azı 10-15 min azarkeş izləyirdi. “Qarabağ”ın ev oyunlarında “Tofiq Bəhramov” nəinki tam dolurdu, hətta arenaya tutumundan da artıq fanat ordusu girməyə imkan tapırdı. Belədə, 6-7 minlik “Dalğa Arena”nın klublarımıza dəstək vermək istəyən azarkeşlər üçün münasib olmayacağını indidən təxmin etmək mümkündü.
 
Bu üzdən də bəzi klublarımızın heç olmasa Lənkəran şəhər stadionunu da seçməsi pis olmazdı. Ən azından ona görə ki, bu arena 15 minə yaxın azarkeş tutur. Bundan əlavə çılğınlığı ilə seçilən cənublu fanatlar avrokubok qarşılaşmalarında digər klublarımıza da ciddi fərq qoymaz və lazımı dəstəklərini əsirgəməzlər. Hər halda 15 minlik arenayla 7 min tutuma malik stadionun aurası heç də eyni olmazdı. Odu ki, klublarımız bu məqama da diqqət yetirsə, pis olmazdı.
 
Düzdü, klublarımız çox güman ki, Lənkəranın bir qədər paytaxtdan kənarda yerləşməsinə görə bölgədə oynamaq istəmirlər. Amma bu baxımdan özünü əziyyətə salmaq istəməyən təmsilçilərimiz onu nəzərə almalıdılar ki, uğur qazanmaq üçün rəqiblərini Lənkəranda qəbul etmək daha sərfəli olardı, nəinki Bakıda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.