4 aprel 2012 00:10

Sumqayıt üçün yeni azarkeş ordusu (FOTOLAR)

“Sumqayıt” Futbol Klubu Sumqayıt şəhərində yerləşən Özəl Türk Liseyində təhsil alan şagirdlərlə görüş keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov komandanın baş məşqçisi Bernhard Raab, komandanın üzvləri Bədavi Hüseynov, Slavik Alxasov, Ramil Həşimzadə, Samir Abdulov və Uğur Pamuk da iştirak ediblər.
 
Əvvəlcə qonaqları salamlayan Sumqayıt Özəl Türk Liseyinin direktoru Əhməd Camalan tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Ölkəmizdə idmana göstərilən qayğıdan danışan liseyin rəhbəri “Sumqayıt” Futbol Klubuna gələcək oyunlarda uğurlar arzulayıb.
 
Daha sonra “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. Sumqayıt şəhərinin ölkəmizə bəxş etdiyi idmançılardan danışan klub rəhbəri komandanın gələcək planları barəsində məlumat verib.
 
Ardından tədbir iştirakçıları Türk Liseyinin inzibati binası və təhsil ocağının girişində qurulmuş məktəbin muzeyi ilə tanış olub. Əhməd Camalan beynəlxalq arenalarda və olimpiadalarda uğur qazanmış şagirdlər barəsində ətraflı məlumat verib.
 
Təhsil ocağı ilə tanışlıqdan sonra klubun rəhbərliyi və futbolçuları liseyin şagirdləri ilə görüşüb. Sumqayıt Özəl Türk Liseyinin akt zalında komandanın cari mövsümdə Premyer Liqada vurduğu qollardan hazırlanmış qısa metrajlı film şagirdlərə nümayiş etdirilib.
 
Film başa çatdıqdan sonra liseyin şagirdləri baş məşqçi Bernhard Raab və futbolçularla söhbətləşib. Ardından şagirdlər arasında viktorina keçirilib. “Sumqayıt” Futbol Klubu haqqında suallara düzgün cavab verən şagirdlər klub tərəfindən hazırlanmış xüsusi hədiyyələrə sahib çıxıb. Sumqayıt Özəl Türk Liseyinin direktoru Əhməd Camalan da öz növbəsində klubun rəhbərliyinə öz hədiyyələrini təqdim edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.