3 aprel 2012 11:19

Əfran İsmayılov: Bunun üçün əlimizdən gələni edəcəyik

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyununu (0:0) və gələcək şanslarını dəyərləndirib.
 
“Biz bilirdik ki, çətin oyun olacaq. Liderə qarşı oynamaq təbii ki, heç vaxt asan olmur. Məlum məsələdi ki, “Qarabağ” da medallar uğrunda mübarizə aparır. Ona görə də bu görüşdən üç xalla ayrılmaq bizim üçün çox vacib idi. “Neftçi” ilə xal fərqini azaltmağımız çox yaxşı olacaqdı. Amma alınmadı. Bu, futboldu, hər şey olur. Hər halda nə biz, nə də “Neftçi” pis oyun sərgiləmədi. Elə 1 xal qazanmağımız da yaxşıdı. Qarşıda bizi “İnter”lə daha bir çətin oyun gözləyir. Artıq həmin oyunu düşünürük”.
 
Bahodir Nasimovun sayılmayan qoluna münasibətini açıqlayarkən, İsmayılov bunları dilə gətirib: “Düzünü deyim ki, mən ümumiyyətlə həmin epizodu görə bilmədim. Amma uşaqların dediyinə görə, hücumçu Telini əliylə itələyərək qol vurub. Özüm isə epizoda çox uzaq olduğumdan bunu görə bilmədim. Hesab edirəm ki, hakim qolu hesaba almamaqla düzgün qərar qəbul etdi”.
 
Əfran “İnter”in “Xəzər Lənkəran”a məğlubiyyətinə də toxunub: “Əlbəttə, bizim üçün ən yaxşısı odu ki, “İnter” bizə çata bilməsin. Kiminlə oynamasının elə də fərqi yoxdu. Amma hər şeydən öncə öz oyunumuzdu. Biz qələbə qazandıqdan sonra digər komandaların nə etməsi bizi qətiyyən maraqlandırmaz”.
 
Lakin istənilən hala yarımmüdafiəçi qarşıdakı rəqiblərinin təhlükəli olduğunu bildirir: “İnter” adi komanda deyil. Əks halda onlar turnir cədvəlinin üst pillələrində qərarlaşmazdılar. Biz onların məşqçilərini də tanıyırıq, oyunçularını da. Yaxşı, güclü kollektivə malikdilər. Özü də “bankirlər”ə qarşı səfərdə oynayacağıq. Ona görə də işimiz çox çətin olacaq. Həm də ilk altılığın bütün komandaları güclüdülər”.
 
İsmayılov sonda komandasının hədəflərindən də danışıb: “Əgər bütövlükdə götürsək, bizim əsas hədəfimiz avrokuboklara çıxmaqan ibarətdi. Amma əgər çempion olmaq şansımız varsa, niyə də bundan yararlanmayaq? Bizim də belə istəyimiz var. Şanslar heç də pis deyil. Əlimizdən gələni edəcəyik ki, bu istəyimizə çataq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.