3 aprel 2012 11:31
Yığmamız almanlar üzərində qələbəyə sevindi
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Mainz 05” klubunun U-16 komandası olub.
Qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.
