3 aprel 2012 00:03

Beşiktaş baş məşqçi dəyişikliyinə əl atdı

Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi dəyişikliyi baş verib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ötən gün keçirilən 5 saatlıq iclasın ardından portuqaliyalı mütəxəssis Karlos Karvalhalın istefasına qərar verib.
 
“Beşiktaş”ı 47 rəsmi matça çıxaran baş məşqçinin xüsusilə son dövrlərdə yaşadığı uğursuzluqlar ona postu bahasına başa gəlib. Yıldırım Demirörenin Türkiyə Futbol Federasiyasına prezident getməsindən sonra “ağ-qaralar”ın başqanı seçilən Fikret Ormanın ilk önəmli işi məhz Karvalhalı baş məşqçi postundan uzaqlaşdırmaq olub.
 
Qeyd edək ki, portuqaliyalı “Beşiktaş”la çıxdığı 47 matçda 22 qələbəyə sevindiyi halda, 16 dəfə məğlubiyyət, 9 dəfə heç-heçə ilə üzləşib. Karvalhal başlanğıcda yaxşı nəticələr qazansa da, sonradan hər şey fərqli məcrada davam etməyə başladı. Öncə UEFA Avropa Liqasındakı, ardınca Türkiyə kubokundakı çıxışını başa vuran “qara qartallar” hazırda Super Liqada da çempionluq yarışından çox uzaq qalıb. Bu azmış kimi, son turda autsayderlər qrupunda qərarlaşan “Samsunspor”a 0:1 hesablı ev məğlubiyyəti Karvalhalın sonu oldu.
 
Artıq “Beşiktaş”ın yeni baş məşqçisi də müəyyənləşib. Bu, mövsümün əvvəlində Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar olaraq həbs olunan, lakin bir müddət sonra günahsız olduğu sübut olunduqdan sonra azadlığa buraxılan komandanın sabiq baş məşqçisi Tayfur Havutçudu. Maraq üçün qeyd edək ki, məhz Havutçunun həbsdən gec çıxmasının ardından klub rəhbərliyi onun postunu müvəqqəti olaraq Karvalhala tapşırmışdı. Amma Havutçu azadlığa çıxdığı zaman da Karvalhalla işlər yolunda olduğu üçün, bu işbirliyinə toxunulmamış, sabiq baş məşqçi klubda ayrı bir vəzifə ilə təmin olunmuşdu. Ötən mövsüm komandasına Türkiyə kubokunu qazandırmış Havutçunun köhnə-yeni postunda bu dəfə nə qədər uğurlu olacağını isə zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.