3 aprel 2012 00:12
Xəzər Lənkərandan canlı yayımla əlaqədar açıqlama
Məlum olduğu kimi, 1 aprel 2012-ci il tarixdə Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasının Lənkəran klubunun rəsmi saytı vasitəsilə canlı yayımda tamaşaçılara təqdim edilməsi planlaşdırılmışdı. Lakin, tamaşaçılar oyunu müəyyən səbəblərdən izləyə bilmədilər.
Azerisport.az xəbər verir ki, yaranan narazılıqlarla əlaqədar olaraq, bölgə klubu bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamanın mətni ilə sizləri də tanış edirik:
“Qeyd etmək istərdik ki, klub tərəfindən oyundan öncə yayımın həyata keçirilməsi üçün bütün məsələlər həll edilib. Belə ki, stadion ərazisinə yüksək sürəti təmin edən optik internet kabeli çəkilmişdir. Həmçinin oyundan bir gün öncə rəsmi saytda canlı yayımın izlənməsi barədə müvafiq izahat verilmişdir.
“Qeyd etmək istərdik ki, klub tərəfindən oyundan öncə yayımın həyata keçirilməsi üçün bütün məsələlər həll edilib. Belə ki, stadion ərazisinə yüksək sürəti təmin edən optik internet kabeli çəkilmişdir. Həmçinin oyundan bir gün öncə rəsmi saytda canlı yayımın izlənməsi barədə müvafiq izahat verilmişdir.
Bundan əlavə elektron poçt və sosial şəbəkələr vasitəsilə azarkeşlərə oyunun getdiyi vaxt da daxil olmaqla gün ərzində sual vermək və operativ olaraq cavab almaq imkanı yaradıldı.
Yayım üçün məhz mövcud proqramın seçilməsinin iəsas səbəbi isə oyunun daha yaxşı nümayişini təmin etmək idi. Belə ki, bu proqram vasitəsilə oyunu eyni zamanda dörd kamera vasitəsilə çəkərək, lazım olan anda kameraları dəyişmək, həmçinin epizodların təkrarını nümayiş etdirmək mümkündür.
Bununla belə, oyunun gedişatı zamanı bir sıra problemlər baş verdi. Əgər oyundan əvvəl kanalı ayarlayanlar test videoyazısını izləyə bilirdilərsə, oyun zamanı yayımda müəyyən dayanmalar baş verdi. Bunun əsas səbəblərindən biri də mövcud olan yerli severin eyni zamanda mindən artıq sorğunu qəbul etmək iqtidarında olmaması idi. Çoxlu sayda sorğu virus hücumu kimi tanındığından serverin bloklanması baş verirdi ki, bunun üçün də yayımı dayandırıb təzədən başlamaq lazım olurdu.
Yuxarıda göstərilən məqamlarla yanaşı qeyd etmək istərdik ki, artıq dünənki oyun başa çatdığı saatdan etibarən tərəfimizdən bütün çatışmazlıqları aradan qaldırmaq üçün işlərə start verilib. Yerli serverlərin yayım üçün dayanıqlı olmadığı təqdirdə, xarici serverlərdən istifadə ediləcək. Növbəti ev oyununa qədər bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur”.
