5 aprel 2012 01:38

Chelsea və Real da yarımfinalda (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Turnirin erkən finalı kimi dəyərləndirilən qarşılaşmada “Milan” və “Barcelona” görüşüb. Tərəflər ilk görüşdən qolsuz heç-heçə ilə ayrıldığından, hər şeyə Kataloniyada aydınlıq gələcəkdi. Meydan sahiblərinə mütləq qələbə lazım olduğu halda, italyanlar hətta qollu heç-heçə ilə də yarımfinala çıxa bilərdilər. Lakin Kataloniya təmsilçisi doğma meydanda qələbə qazanmaqla, iddialı rəqiblərindən birini sıradan çıxarmağı bacarıb.
 
“Olympique” (Marsel) də ilk oyunda uduzduğu “Bayern”in qonağı olub. Almanlar cavab görüşündə də qələbə qazanaraq, yarımfinala yüksəliblər.
 
İkinci oyun günündə isə turnirin ən sürpriz komandalarından sayılan Nikosiya APOEL-i ilk oyunda doğma meydanda böyük hesabla uduzduğu Madrid “Real”ına müqavimət göstərməyə çalışsa da, yenə darmadağınla üzləşib. “Benfica” da “Chelsea”nin meydanında sürpriz etmək istəyinə nail olmayıb.

Beləcə, "Barcelona" və "Bayern"in ardınca "Real" və "Chelsea" də yarımfinala çıxıb. Finala vəsiqə uğrunda "Real" "Bayern"lə, "Chelsea" isə "Barcelona" ilə mübarizə aparacaq.
 
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
3 aprel
 
Barcelona (İspaniya) – Milan (İtaliya) - 3:1 (ilk oyun 0:0)
Qollar: Messi, 11-pen; 42-pen. İnyesta, 54 - Noçerino, 33.
 
Bayern (Almaniya) - Olympique (Marsel, Fransa) - 2:0 (2:0)
Qollar: Oliç, 13; 37.
 
4 aprel
 
Chelsea (İngiltərə) - Benfica (Portuqaliya) - 2:1 (1:0)
Qollar: Lampard, 21, R.Meyreleş, 90+3 - Qarsiya, 85.
 
Real (İspaniya) - APOEL (Cənubi Kipr) - 5:2 (3:0)
Qollar: Ronaldo, 26; 75, Kaka, 37, Kallexon, 80, Di Mariya, 84 - Manduka, 67, Solari, 82-pen.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.