3 aprel 2012 12:40
Bank Asiya Amit Quluzadədən imtina etdi
Bank Asiya Türkiyənin 1-ci liqasına sponsorluqdan imtina edib. Azerisport.az xəbər verir ki, bank bununla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, buna səbəb yayım şirkətinin öhdəliklərini yerinə yetirməməsi olub: “Bankımızın Türkiyə Futbol Federasiyası 1-ci liqa adından istifadə etmək hüququ verən sponsorluq müqaviləsi yayım şirkətinin öhdəliklərini anlaşmada göstərilən şəkildə yerinə yetirməməsi səbəbi ilə bankımız tərəfindən ləğv olunur”.
Qeyd edək ki, Bank Asiya 1-ci liqasında çıxış edən “Erciyesspor”da futbolçumuz Amit Quluzadə çıxış edir.
