4 aprel 2012 13:15
Adrian Pit İnterə keçə bilər
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit karyerasını digər Azərbaycan klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, rumıniyalı yarımmüdafiəçinin xidmətində Bakı “İnter”i maraqlıdı.
Lakin hər şey bölgə klubunun təcrübəli futbolçuya yeni müqavilə təklifindən asılı olacaq. Şərtlər onun üçün qaneedici olsa, sabiq “Roma”lı futbolçu yenə “ağ-yaşıl” formada qala bilər. Lakin sərfəli təklif almayacağı halda, Pitin yayda müqaviləsi başa çatan kimi, bakılılarla danışıqlara başlaması istisna olunmur.
