4 aprel 2012 13:34
Lionel Messidən daha bir rekord
İspaniyanın “Barcelona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, argentinalı hücumçu İtaliya “Milan”ı ilə 1/4 final mərhələsinin cavab görüşündə penaltidən 2 dəfə fərqlənərək, hesabındakı qolların sayını 14-ə çatdırıb.
O, 11-ci və 41-ci dəqiqələrdə rəqibi məyus edib. Görüş isə “Barsa”nın qələbəsi ilə yekunlaşıb – 3:1.
Qeyd edək ki, Lionel Messinin rekordu Çempionlar Liqasınadək mövcud olmuş Avropa Çempionlar Kubokuna aid deyil. Çempionlar Kubokunda isə bu göstərici “Milan”ın braziliyalı forvardı Joze Altafiniyə məxsusdu. Altafini 1962-1963-cü il mövsümündə 14 qol vurub.
