4 aprel 2012 14:50
Starkov: Mətbuat və azarkeşlərin təzyiqi nəticəsində istefa verdim
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov paytaxt klubundan gedişi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Latviya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Mən indi bu mövzuda çox danışmaq istəməzdim. Bir qədər vaxt lazımdı. Çünki mən heç vaxt hadisələrə emosional qiymət verməyin tərəfdarı olmamışam. “Bakı”da bir ildən artıq çalışdım. Fikrimcə, çox şeyi düz etdim. Ən azından mən bunu düzgün hesab edirəm və indi də elə düşünürəm. “Bakı”dan getməyim təəssüf doğurmaya bilməzdi. Hər halda komandanın daha yaxşı çıxış etməsi üçün bütün şəraiti var idi”.

Starkov bildirib ki, rəhbərlik ondan nəticə tələb edirdi və buna nail ola bilmədiyi üçün baş məşqçi postundan getməsi düzgün qərardı: “Əlbəttə, rəhbərlik nəticə gözləyirdi. Komandada xeyli gənc futbolçular vardı ki, anlaşma səviyyəsi bir qədər aşağı idi. Bu, lazımi nəticələrə nail olmağa problem yaradırdı. Belə komandayla uğur qazanmaq göründüyündən də çətin olur. Bu üzdən də getməyə qərar verdim. İstefa qərarı mənim tərəfimdən atılan addım idi. Çünki belə təzyiq altında çalışmaq çox çətin idi. Həm azarkeşlər, həm də KİV tərəfindən təzyiq vardı. Nəticədə də getməyə qərar verdim”.