4 aprel 2012 14:03
“Bizim azarkeşlərimiz Bakıda daha çoxdu, nəinki Lənkəranda”
Xəbər verdiyimiz kimi, “Qəbələ” də avrokuboklara vəsiqə qazanacağı halda, ev oyunlarını “Dalğa Arena”da keçirməyə hazırlaşır. Azerisport.az saytına müsahibəsində klubun meneceri Zaur Əzizov bu qərarı belə şərh edib:
“Biz artıq “Dalğa Arena”nı sifariş etmişik və avrokuboklara vəsiqə qazanacağımız halda, ev oyunlarımızı orda keçirəcəyik. Lənkəran şəhər stadionuna gəlincə, bizim azarkeşlərimiz Bakıda daha çoxdu. Ona görə də ən uyğun variant kimi “Dalğa Arena”nı seçmişik. Hazırda ən vacib məsələ avrokuboklara vəsiqə qazanmaqdı. Harda oynayacağımız isə ikinci dərəcəli məsələdi”.