4 aprel 2012 13:47
Xəzər Lənkəranda yeni baş məşqçi
“Xəzər Lənkəran”ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Azrisport.az xəbər verir ki, türkiyəli İlhan Akgülün bir neçə gün öncə boşaltdığı postu yerli məşqçi tutacaq.
Belə ki, əvəzedici komandaya bundan sonra Elbrus Məmmədov başlçılıq edəcək. O, yaxın günlərdə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Məmmədov əvvəllər “Neftçi” və “Standard”da işləyib.
