4 aprel 2012 15:11
Qarabağ İnterlə oyunun hazırlıqlarına başladı
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin 5-ci turunda “bankirlər”in qonağı olacaq komanda “Neftçi”ylə oyundan sonra Bakıya dönüb.
Komandanın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət verib. Bazar ertəsi “ağ-qaralar”la oyunda meydanda az olanlar məşq keçib.
Bugündən tam heyətlə məşqlərə başlayan komanda günü tək məşqlə keçirib. Hazırlıq prosesi “Şəfa” stadionunda baş tutub.
Xatıralaq ki, “İnter” – “Qarabağ” oyunu aprelin 7-də, saat 16:00-da keçiriləcək.
