4 aprel 2012 16:59
Çempionlar Liqasında rekord təzələndi
İtaliyanın “Milan” klubunun futbolçusu Klarens Zeedorf dünya rekordunu təzələyib. Azerisport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası yarışlarının pley-off mərhələsində 46-cı oyununu keçirib.
1/4 final mərhələsinin “Barselona” ilə səfər matçında buna nail olan K.Zeedorf qapıçı Edvin van der Sarın rekordunu yeniləyib. Hollandiyalı məşhur qapıçı pley-offda 45 oyun keçirmişdi.
Qeyd edək ki, K.Zeedorf bu oyunlara “Milan”, “Real” və “Ayaks”ın heyətində çıxıb.
