4 aprel 2012 17:44

Xaqani Məmmədov İnterin məşqçisi oldu

Bir neçə il əvvəl Xəqani Məmmədov "İnter"in heyətində Azərbaycan çempionluğunu yaşayıb və çempionatın ən yaxşı bombardiri adına layıq görülüb. İndi isə o, futbolçu karyerasını başa vuraraq məşqçilik fəaliyyətinə başlayıb. Azerisport.az "İnter" UGFM-də 2001-ci il təvəllüdlü uşaqlardan ibarət komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışan sabiq futbolçunun klubun saytına müsahibəsini təqdim edir.
 
- Öncə sizi yeni təyinatla bağlı təbrik etmək istərdik…
- Çox sağ olun!
 
- Bilmək istərdik, məşqçi olmaq istəyi sizdə nə zaman yarandı?
- Bu fikir məndə hələ futbolçu olan zaman yaranmışdı. Artıq bir neçə aydır məşqçi fəaliyyətinə başlamışam. Ümid edirəm ki, bu iş mənim üçün uğurlu olacaq. Demək istərdim ki, kənardan bu peşə asan görünsə də, əsla belə deyil. Məşqçi işi çox çətindi.
 
- Məşqçi karyerasına məhz "İnter"də başlamağa hansı amil təkan verdi?
- Məndə "İnter" komandası haqqında ancaq yaxşı xatirələr qalıb. “İnter” peşəkar klubdur və burada çox dostlarım var. Bu klubda işləmək fikri ürəyimdən keçdi, daha sonra öz istəyimi klubun prezidenti Georgi Nikolova bildirdim, o da təklifimə müsbət cavab verməklə məni çox sevindirdi. Mənim üçün burada çalışmaq çox xoşdur, məhz bu səbəbdən də "İnter"i seçdim.
 
- "İnter" sizin üçün yad komanda deyil- uzun müddət bu klubun şərəfini qorumusunuz. Bu amil sizin buradakı məşqçilik fəaliyyətinizdə öz müsbət təsirini göstərə bilərmi?
- Əlbəttə, bu amil öz köməyini göstərəcək. Yenə təkrar edirəm ki, futbolçu olarkən də "İnter"də çox yaxşı günlər yaşamışam və istərdim ki, məşqçilik fəaliyyətimdə də həmin uğurları əldə edim. Ümid edirəm ki, yeni işim mənim üçün düşərli olacaq.
 
- Qeyd etdiniz ki, bir-neçə ay məşqçi işləyirsiniz. Maraqlıdır, bu müddət ərzində həmin peşənin hansısa sirlərini və digər xüsusiyyətlərini öyrənə bildiniz?
- Kənardan baxanda adama bu iş çox asan görünür, lakin bu işin içində olduğum qısa müddət ərzində başa düsdüm ki, məşqçi sənəti çox mürəkkəbdir. Bu işin çox incə məqamları var. Böyük sayda dərsliklərlə tanış olmalısan, digər amilləri nəzərə almalısan. Mənə hələ çox şey öyrənmək lazım olacaq. Ümid edirəm ki, tədricən bunu edə biləcəyəm. Kiçik işdən başlayıb irəlidə daha böyük işə keçmək istəyirəm.
 
- İndiki işiniz kiçik yaşlı futbolçularla bağlıdır. Onlarla çalışmaq üçün məşqçidə məşqçi keyfiyyətlərindən əlavə müəllim-pedagoji xüsusiyyətlər da olmalıdır. Öyrənmək istərdik, siz bu keyfiyyətlərə maliksinizmi?
- Məncə var. Bilirəm ki, kiçik uşaqlarla işləmək üçün onlara təkcə məşqçi yox, dost və hətta valideyn olmalısan. Uşaq məşqçilərində bütün bu xüsusiyyətlər olmalıdır. Sən hər dəqiqə uşağın yanında olub, ona kömək göstərməlisən.
 
- Məşqçiliyə yeni başlayanlar adətən ixtisas artımı kurslarında və seminarlarda iştirak edirlər. Belə tədbirlərdə iştirak etmək planınız var?
- Əlbəttə. Aprelin 9-da Bakıda belə bir kursların keçirilməsi planlaşdırılır və mən də oraya sənədlərimi təqdim etmişəm. İnşallah, orada iştirak edərək özüm üçün yeni lisenziya ala biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.