4 aprel 2012 18:01
İqor Ponomaryov: AZAL belə etməməli idi
İqor Ponomaryov AZAL-ın baş məşqçisi seçilməsinə dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunu təsdiqləməyib:
“Bakıya gəlişim şəxsi işlərimlə əlaqədardı. Doğmalarıma, anama, bacıma baş çəkmək üçün gəlmişəm. AZAL haqda xəbərlərə gəlincə, artıq eşitmişəm ki, məni ora baş məşqçi göndəriblər. Amma bu, belə deyil. Mənim son dövrlər ümumiyyətlə heç bir klubdan aldığım təklif olmayıb. Ümumiyyətlə, hesab edirəm ki, AZAL rafiq Mirzəyevdən imtina etməklə düzgün addım atmadı. Adam normal işləyirdi, çalışırdı. Ona vaxt vermək lazım idi. Amma bunu etmədilər. Ümumiyyətlə, Azərbaycan klubları anlaşılmaz qərarlar qəbul edirlər. Əcnəbi baş məşqçi gətirirlər, onun üçün hər cür şərait yaradırlar, vaxt verirlər. Amma eyni şeyləri azərbaycanlı mütəxəssislərə münasibətdə görmək olmur”.