4 aprel 2012 11:27
“Hər şeyi edəcəm ki, Parks bizə qol vurmasın”
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Premyer Liqanın 27-ci turunun “Bakı” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb, komandasının çıxışını və şanslarını dəyərləndirib.
- Final mərhələsində “Neftçi” dörd tura cəmi 5 xal toplaya bilib. Bu nəticə sizi qane edir?
- Final mərhələsində heç bir oyun asan keçmir. Bu, xüsusilə liderlərin öz aralarındakı oyunlara aiddi. Çünki bütün komandalar oyunlara demək olar ki, eyni dərəcədə köklənirlər. İlk altılıqdakı hər komanda avrokuboklara vəsiqə qazanmaq istəyir. Bizim üçün əsas olan odu ki, izləyicilərimizlə aradakı 5 xallıq fərqi qoruyaq. Komandamızın indiki durumu bizi tam qane etməlidi.

- Deməli, komandada heç bir eniş yoxdu?
- Biz bütün il boyu 100 faiz gücümüzlə oynaya bilmərik. Hərdən uğursuz oyunlarımız da olur. Komandada bəzən elə də böyük olmayan eniş hiss oluna bilər. Amma bunda qorxulu heç nə yoxdu.

- Sizcə, komanda mövsümü birinci pillədə bitirə biləcək?
- Hazırda yaxşı xal ehtiyatımız var. Bizə sadəcə daha bir neçə uğurlu oyun keçirmək lazımdı ki, “Neftçi” çempion olsun. Şəxsən mənimçün sonda neçə xalla öndə olmağımızın heç bir fərqi olmayacaq.

- Deməli, “Xəzər Lənkəran” və “Qarabağ”la heç-heçələr də sizi qane edir?
- Şübhəsiz. Bunu da nəzərə almaq lazımdı. Amma bu, o demək deyil ki, həmin oyunlarda biz ancaq heç-heçəyə oynayırdıq. Bizim kifayət qədər təcrübəmiz var ki, xal ehtiyatımızı artırıb, yenidən çempion olaq.

- Qarşıda sizi “Bakı” ilə oyun gözləyir...
- Biz artıq bu mövsüm onları iki dəfə məğlub etmişik. Əminəm ki, bu dəfəki görüşümüz daha çətin olacaq. Amma bizim yaxşı dəstəyimiz olacaq. Çünki qarşılaşma doğma divarlar arasında baş tutacaq.
- Bu oyunda da sizi heç-heçə qane edəcək?
- Əgər öz meydanımızda oynayırıqsa, heç-heçədən söhbət gedə bilməz. Xal ehtiyatımızı mütləq artırmaq lazımdı.

- Uinston Parksın “Qəbələ”yə vurduğu qolu görmüsüz?
- Xeyr. Hələ qismət olmayıb.
- Xeyr. Hələ qismət olmayıb.
- O, “Neftçi”nin də qapısına belə gözəl qol vura bilər...
- Hər şey ola bilər. Səhvlərdən heç kim sığortalanmayıb. Amma bu görüşdə elə səhvlərə yol vermək istəmirik. Hər şeyi edəcəm ki, Parks bizə qol vurmasın.