4 aprel 2012 11:51
Xəzər Lənkəranda bir oyuna iki yubiley
Premyer Liqanın 26-cı turunun “İnter”lə ev oyunu “Xəzər Lənkəran” üçün əlamətdar oldu. Azerisport.az xəbər verir ki, karyerasında baş məşqçi kimi 200-cü oyuna çıxıb qələbə sayəsində topladığı xalların sayını 300-ə çatdıran Yunis Hüseynovla yanaşı klubun da tarixində əlamətdar hadisə qeydə alındı.
Belə ki, qarşılaşmada vurulan 2-ci qol “Xəzər Lənkəran”ın Azərbaycan çempionatlarında vurduğu 350-ci – yubiley qolu oldu. Bu tarixi qol portuqaliyalı futbolçu Eder Bonfimdən gəldi. 2004/05 mövsümündə çempionatda debüt edən “Xəzər Lənkəran” bu matçadək 348 dəfə fərqlənmişdi.
Çempionatdakı yubiley qolları
1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26
50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36
100. 29.09.2006 “Gənclərbirliyi” – "Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2
350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2
