4 aprel 2012 12:02
Qəbələ məşqçisi ilə yollarını ayırdı
“Qəbələ” futbol klubunun məşqçilər korpusunda daha bir dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, komandanın yardımçı məşqçisi Qari Stivenslə yollar ayrılıb.
Xatırladaq ki, ingiltərəli mütəxəssis 2010-2011 mövsümünün startından etibarən əsas komandada fəaliyyət göstərirdi. O, bölgə klubuna Toni Adamsla birgə gəlmişdi. Lakin baş məşqçinin istefasına rəğmən, Stivens klubdakı fəaliyyətini davam etdirirdi.
Klub Qari Stivensə “Qəbələ”dəki fəaliyyətinə görə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
