4 aprel 2012 19:37
Millimiz Finlandiyanı səfərdə yendi (YENİLƏNİB)
Bu gün futbol üzrə gənclərdən ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, U-21 yığmamızın rəqibi Finlandiya millisi olub.
Qarşılaşma rəqib meydanında – Helsinkidə baş tutub. Ona görə də Bernard Raabın yetirmələrini heç də asan qarşılaşma gözləmirdi. Lakin futbolçularımızı bu qarşılaşmadan qələbəylə ayrılmağı bacarıblar. Oyunun son saniyələrində vurulmuş yeganə qolun müəllifi Elnur Abdulov olub.
Qeyd edək ki, bu oyun millimiz üçün AÇ-2013-ün seçmə mərhələsinin qalan görüşlərinə hazırlıq xarakteri daşıyırdı.
Yoldaşlıq oyunu
4 aprel
Finlandiya – Azərbaycan - 0:1 (0:0)
Oyun başladı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
90+3-cü dəqiqədə yığmamız hesabı açır - 0:1
Matç başa çatdı
