4 aprel 2012 13:01

“Mənə Azərbaycanın yox, öz komandamın üzvləri maraqlıdı”

Futbol üzrə gənclərdən ibarət Finlandiya yığmasının baş məşqçisi Mika Laurikaynen bu gün baş tutacaq Azərbaycan millisi ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu oyun öncəsi heç də yaxşı hazırlaşa bilmədiklərinə diqqət çəkib:

“Komanda oyuna cəmi bir gün qalmış bir araya gələ bildi. Buna görə də sadəcə bir məşq keçə bilmişik. Lakin uşaqların məşqdəki çalışmaları mənim xoşuma gəldi. Həm də hava da artıq çox yaxşıdı”.
 
Baş məşqçi eyni zamanda komandasının çoxdan bir araya gəlməməsinə də toxunub: “Biz çoxdan idi toplaşmırdıq. Amma bunda ciddi problem görmürəm. Hər halda heyətin 5 üzvü eyni komandada – TPS-də forma geydiyi üçün bir-birini yaxşı başa düşürlər. Digərləri də pis formada deyillər”.
 
Laurikaynen Azərbaycan yığmasından da danışıb: “Onlar Avropa çempionatının seçmə mərhələsində mübarizə aparırlar. Heç də pis çıxış etmirlər. Ən azından ona görə ki, Belçika və İslandiyaya qarşı kifayət qədər yaxşı oyun sərgiləyiblər. Hesab edirəm ki, onların yaxşı və keyfiyyətli komandası var”.
 
Lakin finlərin çalışdırıcısı eyni zamanda futbolçularımız haqda ətraflı məlumata malik olmadığını da dilə gətirib: “Azərbaycanlı oyunçular haqda konkret nəsə deyə bilmərəm. Prinsipcə, mənə daha çox öz komandamın üzvləri maraqlıdı, rəqib futbolçular yox”.

Qeyd edək ki, Finlandiya (U-21) – Azərbaycan (U-21) matçı bu gün Helsinkidə keçiriləcək və Bakı vaxtı ilə 17:45-də başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.