5 aprel 2012 13:46
Türkiyədə daha bir klub prezidenti həbs olundu
Futbol üzrə Türkiyə Superliqasında mübarizə aparan daha bir klubun prezidenti həbs olunub. Azerisport.az xəbər verir ki, “Gaziantepspor” klubunun prezidenti İbrahim Kızıl da həbsə girmək məcburiyyətində qalıb.
Qeyd edək ki, cəmi bir neçə gün öncə bu klubun 50-yə yaxın əməkdaşı maliyyə fırıldaqları və digər qaranlıq məqamlara görə həbs olunmuşdular. Onların ardınca klubun prezidenti də həbsə girməli olub.
Qeyd edək ki, Kızıldan öncə “Fenerbahçe”nin prezidenti Aziz Yıldırım da həbs olunmuşdu.
