5 aprel 2012 13:27

“İnter bizi yenmək üçün hər şey edəcək”

“Qarabağ” aprelin 7-də “İnter”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, hazırda 2-ci pillədə qərarlaşan ağdamlılarla əsas izləyicisi olan “bankirlər”i sadəcə 1 xal ayırır.
 
Belədə oyunun əhəmiyyəti və turnir cədvəli üçün vacibliyi haqda əlavə sözə ehtiyac qalmır. Final mərhələsinin ilk dövrəsinin sonuncu oyunu öncəsi Namiq Yusifov görüş haqqında fikirlərini açıqlayıb:
 
“İnter”lə oyun çox çətin olacaq. Rəqibimiz heç şübhəsiz, cari mövsüm ən böyük sürprizə imza atmış komandadı. Olduqca mobil təsir bağışlayırlar. Bu heyətlə çempionluğa oynayacaqlarını yayda heç kim gözləmirdi. Amma göründüyü kimi, Kaxaber Tsxadadzenin yetirmələri çoxlarına baş ağrısı oldu. Düzdü, son zamanlar elə də qənaətbəxş çıxış etmirlər. İndi vəziyyəti düzəltmək üçün daha çox çalışacaqlar. Bu, bizim əleyhimizə ola bilər. Ona görə də oyuna maksimum köklənməliyik. Biz də uzun müddətdi məğlub olmuruq. Bu haqda düşünmürük də. Amma futbolda hər şey olur. Meydana qələbə üçün çıxacağıq. Amma məlumdu ki, “İnter” evdə qələbə qazanmaq üçün hər şey edəcək. Olduqca gərgin bir oyun bizi gözləyir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.