5 aprel 2012 01:55
Finlərin baş məşqçisi yığmamıza məğlubiyyəti şərh etdi
Futbol üzrə Finlandiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi Mika Laurikaynen ötən gün baş tutan Azərbaycanla yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, fin mütəxəssis doğma meydanda komandamıza 0:1 hesabı ilə uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Komandamızda bir neçə yeni oyunçu vardı. Eyni zamanda biz yeni sistemə keçirik. Əslində, çox yaxşı oynadıq. Bu ən azından matça hazırlığımıza əsasən belə deyə bilərəm. Çünki komanda görüşdən cəmi bir gün öncə toplanmışdı. Əlbəttə, nəticə heç də istədiyimiz kimi olmadı”.
