5 aprel 2012 14:08
“Azərbaycan yığması bizim bacarmadığımızı etdi”
Futbol üzrə gənclərdən ibarət Finlandiya yığmasının yarımmüdafiəçisi Denis Abdulla ötən gün Azərbaycan millisinə qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının doğma meydanda 0:1 hesablı məğlubiyyətlə üzləşdiyi oyundan sonra bunları dilə gətirib:
“Biz bu oyunda məğlub olmaq istəməzdik. Amma nəticə bizim üçün qənəatbəxş olmadı. Komandamızda xeyli yeni oyunçular vardı. Özü də onlarla sadəcə oyundan bir gün öncə görüşə bilmişdik. Fikrimcə, məğlubiyyətimizə də məhz bu səbəb oldu. Bəxtsizlik də öz sözünü dedi. Bir neçə yaxşı qol vəziyyətimiz oldu. Lakin bizim bacarmadığımızı Azərbaycan etdi. Ələ düşən imkanlarından maksimum yararlandılar. Hesab edirəm ki, onların elə bircə qol vəziyyəti oldu. Pis top saxlamırdıq. Sadəcə, yaradılan vəziyyətləri dəyərləndirməkdə problemlər var. Həlledici zərbələr çatışmırdı”.